Naxçıvan Müəllimlər İnstitunda “Qeyri-səlis çoxluqlar üzərində əməllərin xassələri” mövzusunda seminar keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitunda 27 dekabr 2019-cu il tarixdə Riyaziyyat və tədrisi metodikası kafedrasının təşəbbüsü ilə riyaziyyat müəllimlərinin və tələbələrin iştirakı ilə “Qeyri-səlis çoxluqlar üzərində əməllərin xassələri” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitunun prorektoru Azad Novruzov  açaraq institutda ənənəvi xarakter almış bu cür elmi seminarların müəllim və tələbələr üçün əhəmiyyətini vurğulamışdır. Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov seminarın mövzusu haqqında məlumat verdikdən sonar həmin kafedranın dosenti Rövşən Həsənov çıxış edərək qeyri-səlis çoxluqlar, onlar üzərində əməlləri izah etmiş və xassələrini göstərmişdir. Seminarın gedişində praktik məsələlərə geniş yer verilmiş, qeyri-səlis məntiq nəzəriyyəsi və onun praktik tətbiqləri qeyd edilmişdi. Seminar diskusiya şəraitində öz işini yekunlaşdırmışdır.