Naxçıvan Muəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan Muəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
İlk öncə Naxçıvan Müəllimlər İnstitutu müəllim və tələbələri Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə güllər qoymuşlar.
Daha sonra tələbələrin muzeyə ekskursiyası həyata keçirilmişdir. Ekskursiyanın məqsədi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini daha yaxından öyrənmək, onun siyasi irsinin gənc nəsillərə aşılanmasını təmin etmək idi.
Muzey bələdçiləri ekskursiya iştirakçılarına Heydər Əliyevin uşaqlıq və gənclik illərindən tutmuş, onun siyasi fəaliyyəti və Azərbaycanın inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verdilər. Muzeydə nümayiş etdirilən fotoşəkillər, sənədlər və şəxsi əşyalar tələbələrdə böyük maraq doğurdu.
Bu cür ekskursiyalar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı artırmaq və Azərbaycan tarixinə olan marağı daha da gücləndirmək məqsədi daşıyır. Heydər Əliyev Muzeyi isə bu missiyanın həyata keçirilməsində mühüm rol oynayır.