14 noyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının dosenti Nizamı Alıyev Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Çankırı Karatekin Universiteti (Türkiyə), İğdır Universiteti (Türkiyə), Rzeszovski Universiteti (Polşa), AMEA-nın Naxçıvan Bölməsi və Azərbaycan Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”ndə iştirak edib.
Dosent Nizamı Alıyev “Naxçıvan Duzdağında arxeoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edərək bölgədə aparılan tədqiqatların nəticələri və əldə olunan yeni elmi məlumatlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Məruzədə Naxçıvan Muxtar Respublikasının arxeoloji irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən faktlar xüsusi vurğulanıb.

