Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Hüquqi Debat” üzrə təlim keçirilib.
Tədbir institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalovun açılış nitqi ilə başlayıb. Daha sonra “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Aydan Hüseynova iştirakçılara debat mədəniyyətinin mahiyyəti və ictimai həyatda əhəmiyyəti barədə məlumat verib.
Təlimlər İctimai Birliyin sədr müavini Ərhun Baxışın təqdimatında interaktiv formatda təşkil olunub. Təlim zamanı tələbələrə “Hüquqi Debat” metodologiyası izah edilib və praktiki məşğələlər keçirilib.
Layihənin əsas məqsədi region gəncləri arasında şəbəkələşməni gücləndirmək, onların qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək, ictimai fəallığı artırmaq və gənclərin sosial təşəbbüslərdə iştirakını təşviq etmək olub.


