Naxçıvan Müəllimlər İnstitutunda valideyinlərlə  görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun oktyabr ayı tədbirlər planına əsasən Pedaqoji və Təbiət və incəsənət fakültələrinin tələblərinin valideyinləri ilə görüş keçirilmişdir. Valideyinlərlə görüşdə institutun rektoru Elbrus İsayev  dövlətimiz tərəfindən elmə, təhsilə verilən qiymət, yüksək maddi-texniki bazaya malik təhsil ocaqlarının inşası, gənc nəslin savadlanması üçün hər cür şəraitin yaradılmasından danışaraq valideyinlərlə ali təhsil ocağı arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Rektor günün tələblərindən biri olan bu əməkdaşlığın tələbələrin tədris prosesinə müsbət təsir edəcəyini bildirmişdir.

Tədbirdə institutun prorektoru, dosent Azad Novruzov çıxış edərək tələbələrin institutun daxili nizam – intizam qaydalarına riayət etməsi, onların institutut kitabxanasından istifadə etməsi, asudə vaxtların səmərəli təşkili ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Sonra Pedaqoji fakültənin dekanı dosent Arif Ağalarov, Təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyev və digər müəllimlər çıxış edərək kredit sistemi, kollokviumların keçirilməsi, qiymətləndirmə meyarları, sərbəst işlərin yerinə yetirilməsi və s. məsələlərlə bağlı valideyinləri məlumatlandırmışlar.

Valideyinləri maraqlandıran suallar institutut rəhbərliyi tərəfindən cavablandırıldıqdan  sonra valideyinlərin tədris prosesində iştirakı da təmin olunmuşdur.

Sonda valideyinlər muxtar respublikada yaradılmış yüksək təhsil mühitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə və tədris prosesindəki, şəffaflığı, təlim və tərbiyənin yüksəldilməsi üçün institutda yaradılmış şəraitə görə institutut rəhbərliyinə   minnətdarlarını bildirmişlər.