Naxçıvan Müəllimlər İnstitutunda professor İntiqam Cəbrayılovun ustad dərsi keçirilib

  27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovun Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün onlayn formatda ustad dərsi keçirilib.
Tədbiri institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq iştirakçıları salamlayıb, professor İntiqam Cəbrayılovu təqdim edib və belə elmi-pedaqoji görüşlərin tələbələrin nəzəri bilik və praktiki təcrübələrinin zənginləşməsində əhəmiyyətini vurğulayıb. Daha sonra söz Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Vəliyevaya verilib.
Sevinc Vəliyeva çıxışında professor İntiqam Cəbrayılovun elmi-pedaqoji fəaliyyəti, pedaqogika elminin inkişafında və müəllim hazırlığında göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verib.
Sonra professor İntiqam Cəbrayılov “Şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri: məsuliyyət və imtiyazların əlaqələndirilməsi amili” mövzusunda məruzə ilə çıxış edib. Ustad dərsində ailə və məktəb münasibətlərinin pedaqoji sistemdə rolu, müəllim və valideyn əməkdaşlığının vacibliyi haqqında elmi-nəzəri fikirlər səsləndirilib, mövzu ətrafında müzakirələr aparılıb.