Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Maltada ixtisasartırma kursunda iştirak etmişdir

Dövlətimizin yüksək diqqət  və qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin bilik və bacarıqlarının  zənginləşdirilməsi, onların yerli və beynəlxalq tədbirlərdə iştirakı daim diqqətdə saxlanılır.

Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və Ədəbiyyat” kafedrasının ingilis dili üzrə baş müəllimi Aygün Əsgərova 5 avqust – 13 sentyabr tarixlərində Maltanın Valetta şəhərində “Cavendish School of Malta” adlı ingilisdilli məktəbdə ixtisasartırma kursu keçərək öz dilbilmə bacarığını zənginləşdirmiş, şifahi danışıq, yazı, oxu və dinləmə bacarıqlarını inkişaf etdirmişdir. İngilis dilinin tədrisinə dair yeni təlim texnologiyalarının tətbiqi və metodikası üzrə müxtəlif təlimlərdə iştirak edən əməkdaşımıza adı çəkilən məktəbin sertifikatı təqdim edilmişdir.

İnanırıq ki, bu ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunda tədrisinə başlanılan ingilis dili ixtisası üzrə təhsil alan tələbələrin və ixtisasartırma üzrə müraciət edən müəllimlərin peşə qabiliyyətlərinin inkişafında təlimin nəticələrindən faydalı istifadə olunacaqdır.

Qeyd edək ki, adı çəkilən məktəb “British Council” və bir sıra nüfuzlu təhsil orqanlarında akkreditasiyadan keçmiş və baş ofisi Böyük Britaniyanın Bournemouth şəhərində yerləşir.