Naxçıvan Müəllimlər İnstitutunun tələbə və məzunlarının növbəti uğuru

   Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin tələbələri, fəal gənclər Gülçin Əfəndizadə, Asiman Cabbarova, eləcə də Təbiət və incəsənət fakültəsinin fəal məzunları – Aysel Əliyeva və Bahar Mehrəliyeva Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsinin qalibləri olublar.
Ümumilikdə 12300 manat məbləğində qrant udan qaliblər layihələrini Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” və Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş silsilə fəaliyyətlər vasitəsilə həyata keçirəcəklər. Layihələrin əsas məqsədi gənclərin maarifləndirilməsi, ictimai fəallığının artırılması və vətənpərvərlik dəyərlərinin geniş təbliğidir.
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adından qalibləri ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.