Akkreditasiya Komissiyasının yekun iclasında Naxçıvan Müəllimlər İnstitutunda daxili keyfiyyət təminatı sistemlərinin gücləndirilməsi əsas müzakirə mövzusu olub.
İclas zamanı özünütəhlil hesabatlarının hazırlanması, monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi, müəllim hazırlığı modellərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və şəffaf akkreditasiya prosesi kimi məsələlər diqqət mərkəzində saxlanılıb.
Komissiya tərəfindən irəli sürülən tövsiyələr əsasında institut rəhbərliyi konkret icra tapşırıqları verib.


