NMİ-də Təbiət və İncəsənət fakültəsinin qiyabi şöbə tələbələrinin istehsalat təcrübəsi hesabatları dinlənilib

Hesabatda Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, institut rəhbərliyi, fakültə və kafedra əməkdaşları, eləcə də tələbələr iştirak ediblər.
Təcrübə müddətində tələbələr müvafiq müəssisələrdə pedaqoji fəaliyyətin təşkili, dərs prosesinin müşahidəsi və praktik bacarıqların formalaşdırılması istiqamətində fəaliyyət göstəriblər.
Hesabatların təqdimatı zamanı təcrübəçi tələbələr istehsalat təcrübəsi dövründə qazandıqları bilik və bacarıqlar, yerinə yetirdikləri tapşırıqlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Təqdimatlardan sonra müəllimlər və komissiya üzvləri tərəfindən tələbələrə suallar ünvanlanıb, cavablar dinlənilib və müvafiq müzakirələr aparılıb.
Sonda tələbələrin istehsalat təcrübəsi hesabatları qiymətləndirilib və onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulanıb.