Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini və muzeyini ziyarət edib

lu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini və muzeyini ziyarət ediblər.
Ziyarətdə institutun rektoru, prorektorlar, kafedra müdirləri, struktur bölmə rəhbərləri, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə kollektiv Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Azərbaycan dövlətinin qurucusu, müstəqil dövlətçilik ideologiyasının banisi və görkəmli siyasi xadiminin əziz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra kollektiv muzeydə nümayiş olunan eksponatlar, fotoşəkillər və tarixi materiallarla tanış olub. İştirakçılar muzeydə təqdim edilən materiallar vasitəsilə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat əldə ediblər.
Sonda kollektiv birgə xatirə şəkli çəkdirib.