Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri yüksək nəticə göstərərək qaliblər sırasına öz adlarını yazdırıblar.
Bu uğur institut tələbələrinin yaradıcılıq potensialının və incəsənət sahəsində fəallığının bariz göstəricisidir.
Bu münasibətlə tələbələrimizi təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Sənətə, yaradıcılığa və özünü ifadə etməyə maraq göstərən abituriyentlər üçün Naxçıvan Müəllimlər İnstitutu doğru seçimdir. Əgər siz də istedadınızı inkişaf etdirmək, uğurlar qazanmaq və gələcəyin yaradıcı gəncləri sırasında yer almaq istəyirsinizsə, bu ixtisası seçərək öz uğur hekayənizi yaza bilərsiniz.


