Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

     30 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda cari tədris ilində institutda seçmə fənlərin tədrisinin vəziyyəti, doktorantura səviyyəsində təhsilin təşkili, kafedralarda elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, İnstitutun müəllim və tələbə Həmkarlar İttifaqı Təşkilatlarının hesabatları dinlənilib. Cari məsələlər müzakirə olunub.
Emi şurada həmçinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov yaxın dövrdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Milli Müdafiə Universitetinin nəzdində Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Unudulmaz alim, qayğıkeş insan-Zərifə xanım Əliyeva” adlı tədbirdə esse müsabiqəsinin qalibləri olan İnstitutun əməkdaşı, eyni zamanda doktorantı olan Aygül Məmmədova və Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Gülçin Əfəndizadəni nailiyyətləri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.