Naxçıvan Müəllimlər İnstitutunda növbəti kafedrada TEC işləri müzakirə olunub

16-17 aprel 2025-ci il tarixlərində Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasında 2024-2025-ci tədris ilində yerinə yetirilən TEC işlərinin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.
Konfransın əsas məqsədi tələbələrin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi düşüncələrini təşviq etmək və onların akademik maraqlarını dəstəkləmək olub.
Müzakirələr zamanı tələbələr müxtəlif mövzularda apardıqları elmi işləri təqdim ediblər. Təqdimatlarda mövzu seçimi, elmi əsaslandırma, araşdırma metodları və nəticələrin təhlili diqqət mərkəzində olub. Elmi rəhbərlər və müəllim heyəti tərəfindən təqdim olunan işlərə münasibət bildirilib, faydalı tövsiyələr verilib.
Tədbiri açıq elan edən Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Nurlana Novruzi çıxışında qeyd edib ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması onların müstəqil düşüncə və tədqiqat bacarıqlarını gücləndirir, gələcək peşəkar və akademik uğurlarına zəmin yaradır.
Kafedranın müəllim heyəti də tədbirə aktiv şəkildə qatılaraq, tələbələrin elmi maraqlarını dəstəkləyib, onların araşdırma mövzularına dair fikir və təkliflərini bölüşüblər.
Tədbir sonda qarşılıqlı fikir mübadiləsi ilə davam edib və tələbələrin elmi yaradıcılığının inkişafı baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.