NMİ-də TEC xətti ilə hazırlanmış elmi işlərin müzakirəsi keçirilib

09-11 aprel tarixlərində Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasının təşkilatçılığı ilə tələbələrin TEC (Tələbə Elmi Cəmiyyəti) xətti ilə hazırlanmış elmi işlərinin müzakirəsi keçirilib. Tədbir tələbələrin elmi fəaliyyətlərini stimullaşdırmaq, onların tədqiqatçılıq bacarıqlarını və elmi dünyagörüşünü inkişaf etdirmək məqsədilə təşkil olunub.
Müzakirələr zamanı tələbələrin müxtəlif mövzularda təqdim etdikləri tədqiqat işləri dinlənilib və onların mövzuya yanaşma tərzi, elmi məntiqi və araşdırma qabiliyyətləri qiymətləndirilib.
Tədbirdə kafedranın müdiri Sevinc Vəliyeva, eləcə də tələbələrin elmi rəhbərləri olan müəllimlər çıxış edərək, gənclərin elmi axtarışlara maraq göstərməsinin vacibliyini vurğulayıb, onların əldə etdikləri nəticələri yüksək qiymətləndiriblər. Eyni zamanda elmi fəaliyyətin tələbələrin gələcək ixtisaslaşması və akademik uğurları üçün mühüm əhəmiyyət daşıdığı bildirilib.