Təsviri incəsənət müəllimliyi ixtisası üzrə l və ll kurs tələbələri ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş etüd təşkil ediblər.

05 aprel 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyevin rəhbərliyi ilə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə l və ll kurs tələbələri ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş etüd təşkil ediblər. Etüd Rəngkarlıq dərsi müddətində Əshabi-Kəhf ziyarətgahında keçirilib. Açıq səma altında etüdun keçirilməsi təbiətin qorunması, tarixi-mədəniyyət abidələrimizə diqqət, təbiət gözəlliyinin təbliği, yaşıllıqların çoxaldılmasına çağırışı özündə əks etdirir. Ziyarətgahın müxtəlif yerlərindən yağlı boya və sulu boya ilə çəkilən əsərlər institutda sərgilənməsi nəzərdə tutulub