2 mart tarixində Naxçıvan Müəllimlər İnstitutunun 25 illik yubileyi və görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən “Gənclik və Vətən: bir yolda iki güc” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Keçirilən tədbirdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov müsabiqənin qaliblərinə diplom və pul mükafatlarını təqdim edib.
Müsabiqənin nəticələrinə əsasən, I yerə Əfsanə Abdullayeva 100 manat, II yerə Gülçin Əfəndizadə və Aytəkin Məmmədova hər biri 50 manat, III yerə Zöhrə Əsədova, Nurcan Ələkbərova və Amid Salmanlı hər biri 30 manat pul mükafatı və diplomla təltif olunublar.
Bundan əlavə, Fatimə Məmmədli və Dilay İbrahimova müsabiqədə fəal iştiraklarına görə həvəsləndirici yerə layiq görülüblər.
Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

