11 mart 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda mühazirə təşkil olunub. Tədbir Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Aparatı tərəfindən birgə həyata keçirilib.
Tədbirdə institutun tələbələri, Ombudsmanın əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Mühazirədə giriş sözü ilə çıxış edən institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov tədbirin əhəmiyyətindən danışıb, ali təhsil müəssisələrində insan hüquqlarının qorunmasının pedaqoji və akademik mühitdə tələbələrin hüquqi biliklərinin formalaşmasında rolunu vurğulayıb. O, həmçinin mövzu ətrafında tələbələrə maarifləndirici tövsiyələr verib.
Sonra Ombudsmanın əməkdaşı Samir Tarverdiyev “Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda çıxış edərək mövzunun praktiki və hüquqi aspektlərini izah edib.
Daha sonra Ombudsmanın əməkdaşı Nuranə Kərimova “İnsan və vətəndaş hüquqlarının qorunmasında Ombudsmanın rolu” mövzusunda məruzəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir çərçivəsində həmçinin “Naxçıvan Muxtar Respublikasında İnsan Hüquqlarının Qorunması” 2022-2025-ci illər üzrə fəaliyyət xülasəsi videoçarx vasitəsilə nümayiş olunub.
Mühazirənin yekununda qeyd edilib ki, ali təhsil müəssisələrində insan hüquqlarının qorunması tələbələrin hüquqi biliklərinin və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir. Belə tədbirlər tələbələrdə hüquqi şüurun, tənqidi düşüncənin və sosial məsuliyyət hissinin formalaşdırılmasına mühüm töhfə verir.


