Məruzələrin təqdimatı qaydaları

           Materialın qəbul edilməsi üçün  1) iştirakçı anketinin təqdim olunması (nümunə sonda verilir) və 2) məqalə/tezisin tərtibinə dair aşağıdakı tələblərin ödənilməsi vacibdir:
– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;
– səhifənin parametrləri – hər tərəfdən 2 sm;
– materialın başlığı tünd, böyük hərflərlə ortada;
– müəllifin adı və soyadı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı, elmi dərəcəsi və elmi adı    (varsa), elektron ünvanı, elmi rəhbərinin adı və soyadı, elmi dərəcəsi və elmi   adı (varsa)  sağ    tərəfdən;
 – sətirlərarası interval – 1;
 – istinadlar mətnin içində [5] və ya [5, s.124] şəklində;
 – ədəbiyyat siyahısı materialın sonunda;
 xülasə: məqalə üçünyazıldığı dildən başqa 1 xarici dildə (50-60 söz); tezis üçün yazıldığı   dildən başqa 1 xarici dildə (30-40 söz);
 – açar sözlər4-5 söz və ya söz birləşməsi;
 – materialların həcmi: məqalə üçün  4-8 səhifə (Xülasə, Açar sözlərƏdəbiyyat siyahısı daxil    olmaqla), tezis üçün 2-3 səhifə (XülasəAçar sözlər daxil olmaqla) həcmində olmaqla yazılır.
            Qeyd: Təşkilat Komitəsi öncədən bildirməyi zəruri hesab edir ki, təqdim olunan məqalə və ya tezisin orijinallığı Strikeplagiarism proqramı vasitəsilə yoxlanılacaq, plagiat əlamətləri  və ya süni intellekt əsaslı qeyri-müstəqil məzmun göstəriciləri müəyyən edilən material qəbul edilməyəcəkdir.