Konfrans haqqında

      Naxçıvan Müəllimlər İnstitutu ölkəmizdə elmi və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olan elm və ali təhsil müəssisələrinin doktorant və magistrantları üçün 24-25 aprel 2026-cı il tarixdə “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda magistrant və gənc doktorantların VIII Respublika elmi konfransının ödənişsiz əsaslarla keçiriləcəyini elan edir. Konfransın keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (ənənəvi və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaqdır.
      Elmi konfransda ixtisasından (ixtisaslaşmasından) asılı olmayaraq, bütün gənc doktorant və magistrantlar elmi məruzə və ya digər materialları (tezislər və s.)  ilə iştirak edə bilərlər. Konfrans materiallarının ayrıca toplu şəklində ənənəvi və elektron nəşrləri (may ayında), iştirakçılara sertifikatların (dərhal) təqdim edilməsi nəzərdə tutulur. Konfransın proqramı, iş qaydası və videobağlantı ünvanları (Microsoft Teams proqramı vasitəsilə) əlavə elan ediləcəkdir.
        Konfransin işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləridir.