27 fevral 2025-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Ailə dəyərləri və mediasiya: ailə birliyini gücləndirən yollar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xəyal Camalov açaraq qonaqları salamlamış və keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən bəhs etmiş, ailə dəyərlərimizin bu gün yaşadılaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırmış, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat vermiş, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs etmişdir.
91 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı broşürlar paylanılıb.

