Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Neymət oğlu Məmmədovun, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Ayşən Ceyhun qızı Məmmədovanın və Ali riyaziyyat və informatika kafedrasının müəllimi Ənnağı Musa oğlu Əsgərovun həmmüəllifləri olduğu “Applications of IoT in civil engineering: from smart cities to smart infrastructure” adlı məqalə #İndex Copernicus bazasına daxil olan Luminis Applied Science and Engineering adlı jurnalda nəşr olunmuşdur.
Əməkdaşlarımızı təbrik edir və yaradıcılıqlarında yeni uğurlar arzu edirik.

