Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalı (əvvəlki adı – “Naxçıvan Müəllimlər İnstitutun Xəbərləri”) 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutu tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır (№ 1158).
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmışdır (ISSN – 2303-9116).
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına pedaqogika və tarix elmləri üzrə daxil edilmişdir.
Müəlliflərin nəzərinə
