2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlamışdır.
Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlamışdır. Sessiya yanvarın 7-dən, 31-inədək davam edəcək.
İnstitutda imtahan sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. Operativ Qərərgah sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, rəy və təklif qutusu vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
İmtahan sessiyasının ilk günü institutun rektoru Azad Novruzov və Operativ Qərərgahın üzvləri imtahanların gedişi vəziyyəti ilə yaxından tanış olmuş, tələbələri maraqlandıran sualları cavablandırmışlar. Apelyasiya komissiyası və komissiyaya müraciət qaydaları haqqında tələbələr məlumatlandırlıblar.