“Naxçıvan abidələrinin rəngkarlığı” adlı seçmə fənninin imtahan-baxış sərgisi keçirilmişdir.

06 yanvar 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının dosenti Nizami Alıyevin tədris etdiyi “Naxçıvan abidələrinin rəngkarlığı” adlı seçmə fənninin imtahan-baxış sərgisi keçirilmişdir. Müəllimin rəhbərliyi ilə mövzu olaraq Azərbaycan Respublikasının Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında 21 fevral 2024-il sərəncamını rəhbər tutaraq Təsviri incəsənət müəllimliyi ixtisasının 4-cü kurs tələbələri Naxçıvanın qədim yurd yerlərindən olan Ordubad rayonunda yerləşən tarixi-mədəniyyət abidələrinin təsvirini əks etdirmişdilər. Hər bir tələbə yağlı boya, akrilik boya ilə kətan üzərində təsvir etdiyi abidə haqqında məlumat vermişdir. Əsərlərə baxış olmuş və qiymətləndirilmişdir.