21 noyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının 26-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxcıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq, Yeni Azərbaycan Partiyasının yaranması, inkişafı və bugünkü fəaliyyəti ilə bağlı geniş məlumat verdi.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Müstəqil Azərbaycanın inkişaf tarixində Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış etdi. E.Cəfərli öz çıxışında Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin dövlət quruculuğunda, sosial–iqtisadi və mədəni inkişafında mühüm rolu olduğunu qeyd etmişdir. Ümummilli liderimizin Azərbaycanla bağlı gördüyü işlər, torpaqlarımızın erməni təcavüzündən xilası, Respublikamızda elmin, təhsilin və mədəniyyətin inkişafı, ordu quruculuğu sahəsində həyata kecirdiyi siyasət əhatəli şəkildə qeyd olundu.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun ərazi ilk Partiya Təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Ç.Quliyev “Yeni Azərbaycan Partiyasının yaranması xalqın ümid və inamını formalaşdıran əsas sosial psixoloji təsir amilidir”, Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu Gənclər Birliyinin sədri, Təbiət və İncəsənət fakültəsinin III kurs tələbəsi R.İslamlı “Azərbaycanda Dövlət Gənclər siyasətinin uğurları” mövzusunda çıxış etdilər.
Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə partiya vəsiqələri təqdim olundu.
Tədbirin yekununda Naxçıvan Müəllimlər İnstitutu “Humanitar və təsviri incəsənət” kafedrasının baş müəllimi Məhəbbət Babayevanın rəhbərliyi ilə bədii hissə konfrans iştirakçılarına təqdim olundu.