Müəllim
25 mart 1994-cü ildə Ordubad rayon Dırnıs kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə Ordubad rayon Dırnıs kənd tam orta məktəbini bitirmişdir.
2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat və informatika ixtisasının əyani bölməsinə daxil olmuş, 2016-cı ildə bitirmişdir.
2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Diferensial tənliklər ixtisası üzrə Magistratura pilləsində təhsil almışdır.
15 sentyabr 2018-ci il tarixindən Naxçıvan Dövlət Universitetində saat hesabı müəllim işləyir.
5 dekabr 2018-ci il tarixindən 7 iyul 2020-ci il tarixinədək Naxçıvan Dövlət Universitetinin Elmi Tədqiqatların Əlaqələndirilməsi bölməsində analıq məzuniyyəti yerinə aparıcı elmi işçi vəzifəsində işləmişdir.
25 yanvar 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Doktoranturasına (qiyabi) Diferensial tənliklər ixtisası üzrə qəbul olmuşdur.
Hal-hazırda sentyabr 2020-ci il tarixindən etibarən Naxçıvan Müəllimlər İnstitutunda tam ştat müəllim vəzifəsində işləyir.
Dərc olunan elmi əsərləri
- Holomorf funksiyalar üçün hilbert məsələsinin meromorf funksiyaları üçün modifikasiya edilməsi. NDU, Magistrantların regional elmi konfransı , Naxçıvan, 2018
- Fuks sinifli tənliyin əmsallarının meromorfluğu. Sumqayıt Dövlət Universiteti, Magistrantların XVIII respublika elmi konfransı, I Hissə, Sumqayıt, 2018
- Reqularity of solutions higher order elliptic equations with vmo coefficients in orlic-morrey space. NMİ, Xəbərlər, Naxçıvan, 2019 №1(55)
- Global regularity in orlicz-morrey spaces of solutions higher-order elliptic equations with vmo coefficients. Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu, “Riyaziyyat və Mexanikanın Müasir Problemləri”, Riyaziyyat və Mexanika İnstitunun 60-illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans, Bakı, 23-25 oktyabr 2019. Tezis
- The Regularity of Solutions Higher Order Nondivergence Elliptic Equations with VMO Coefficients in Orlicz-Morrey Spaces. Springer-Verlag Berlin Heidelberg. ICMSEM 2021