Xəlilov Mahir Xanlar oğlu

Pedaqogika üzrə fəlsəfə doktoru, dos.

14 mart 1960-cı ildə Qərbi Azərbaycanın Göycə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndində anadan olmuşdur. 1982-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Bədii qrafika” fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin fakültəni bitirmiş, həmin il Təhsil Nazirliyinin təyinatı ilə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna müəllim göndərilmişdir. 2006-cı ildə təsviri sənətin tədrisilə bağlı dissertasiya müdafiə etmiş, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda NDU-nun “Təsviri incəsənət” kafedrasının dosentidir və NMİ-nin baş müəllimidir.

 

Dərc edilmiş əsərlərin siyahısı:

  1. Tədris müəssisələrində dekorativ tətbiqi sənədin tədrisinə dair. Bakı: 1998, 50s.
  2. Təsviri sənət məşğələlərində şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması. Naxçıvan: Məktəb, 2014, 70 s.
  3. Məktəbdə bədii tərtibat. Naxçıvan 2018

 

MƏQALƏLƏR

  1. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılmasında qrafika sənətinin imkanları. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı, 2000, №1
  2. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılmasında təsviri sənət dərslərinin digər fənlərlə qarşılıqlı əlaqəsi. 2000, № 6
  3. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətinin formalaşdırılmasında incəsənət haqqında müsahibənin rolu (XIII əsr miniatürləri əsasında). “Təhsil, mədəniyyət və incəsənət” jurnalı.2003, №1
  4. Təsviri sənət dərslərində kompozisiyanın imkanları. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i. 2005, №1
  5. Təsviri sənət dərslərində şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması imkanları. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i. 2005, №3
  6. Təsviri sənət dərslərində şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılmasının pedaqoji əsasları. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Elmi əsərlər”i. 2005, №5
  7. Təsviri sənət dərslərində şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılmasının psixoloji əsasları. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Elmi əsərlər”i. 2006, №2
  8. Təsviri sənət dərslərində müsahibənin imkanları. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”- 2005, №4
  9. Təsviri sənətin digər fənlərlə əlaqələndirilməsi zamanı şagirdlərin bədii yaradıcılıq qabiliyyətinin formalaşdırılması. NMİ-nin “Xəbərlər”- 2008 №3
  10. Dərsdənkənar işlər zamanı şagirdlərin təsviri sənət üzrə bədii yaradıcılıq qabi-liyyətlərinin formalaşdırılması yolları. NMİ-nin “Xəbərlər”i. 2008 № 4
  11. Təsviri sənət dərslərində yeni təlim metodlarının tətbiqi. Respublika konfransı, Naxçıvan Müəllimlər İnstitutu – 2015
  12. Bəhruz Kəngərlinin yaradıcılığında portret janrı. Naxçıvan Müəllimlər İnstitutu 2015, cild 11, №1
  13. Bəhruz Kəngərlinin yaradıcılıq yanğısı. Naxçıvan və doğu abidələri uluslararası sempoziumu (dünü, bugünü və yarını). 11-12 may 2015. İbrahim Çeçen Universiteti beynəlxalq konfrans 3s.
  14. Şamil Qazıyevin yaradıcılığında milli motivlər. NDU,Xəbərlər, 2018.

 

TEZİSLƏR

  1. Ümumtəhsil məktəblərində mövcud əmək təlimi proqramının təhlili. NDPİ IX elmi konfransın tezisi. 1988
  2. Ümumtəhsil məktəblərinin I sinfində mövcud əmək təlimi proqramının təhlili. NDPİ X elmi konfransın tezisi. 1989
  3. XVI əsr Azərbaycan miniatürlərində musiqi lövhələri. NDPİ XI elmi konfransın tezisi. 1990
  4. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində dekorativ tətbiqi sənətin rolu. Gənc aspirant və dissertantların elmi konfransının tezisləri. Bakı: 2001

 

Proqram.

  1. Bakalavr hazırlığı üçün Məktəbdə bədii tərtibat fənnindən proqram. Naxçıvan-2018.

 

Rəssamı olduğu kitablar.

  1. Ş.Ə.Məmmədov İ.M.Hacıyev Türk dünyasının alim və şair hökmdarları. Bakı-1998
  2. Eyvazlı Bu köç hara gedir. Naxçıvan -2005
  3. Ə.Qədimov Qütsi Vənəndi