Pedaqogika və psixologiya kafedrasının müəllimi
Vəliyeva Sevinc Tofiq qızı 13.12.1979-cu ildə Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olub. 1986 – cı ildə Naxçıvan şəhər 39 saylı orta məktəbə daxil olmuşdur. 1996 – cı ildə həmin məktəbi bitirmişdir. 1997– ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogika və metodikası ixtisasının bakalavr səviyyəsinə qəbul olmuşdur. 2001– ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2001– ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisasının magistrtura səviyyəsinə qəbul olmuşdur. 2003 –cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2001– ci ildə Naxçıvan Müəllimlər İnstitutununda baş laborant kimi fəaliyyətə başlamışdır. 2014– cü ildən isə İnstitutun Pedaqogika və psixologiya kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 2016– cı ildən Tələbə- məzun qeydiyyatı və diplom söbəsində inspektor vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərlər
- Ziyalılıq amalı. “Müasir təlim metodları və yeni pedaqoji texnalogiyalarının təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş respublika konfransının materialları. Naxçıvan, 03 may 2013, səh 47.
- Kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində şifahi xalq ədəbiyyatının rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 3, 2013, səh.10.
- Kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində atalar sözlərinin rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 1, 2014, səh.28.
- Atalar sözü və məsəllərin uşaqların tərbiyəsində rolu. Naxçıvan Dövlət Universiteti “elmi əsərlər” jurnalı № 5, 2014, səh 96.
- Azərbaycan nağıllarının kiçik yaşlı məktəblilərin əqli tərbiyəsində rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 2, 2014, səh.92.
- Azərbaycan dili dərlıklərindəki hekayə və nağılların kiçikyaşlı məktəblilərin əmək tərbiyəsindəki rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 1, 2015, səh.56Azərbaycan dili dərsində tədris olunan mətnlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu. “Azərbaycan təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Naxçıvan şəhəri, 2015, səh.173
- Ətraf mühitin qorunması məktəbəqədər dövrdən aşılanmalıdır. “Müasir təlim metodları və yeni pedaqoji texnalogiyalarının təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş respublika konfransının materialları. Naxçıvan, 04 may 2016, səh 150.
- Kiçik yaşlı məktəblilərin ekoloji mədəniyyətinin formalaşdırılması. Azərbaycanda təhsil siyasətinin prioritetləri: Müasir yanaşmalar. 25 noyabr, 2016 –ci il, səh 89
- Həyat bilgisinin tədrisində ekoloji təhsil və tərbiyənin təşkilinə dair . “təhsil kurikulumları:praktik tətbiqlər”. Naxçıvan, 19 aprel 2017, səh. 84
- Ekoloji tərbiyənin təşkilində təlim və tərbiyənin vəhdəti. “Müasir təlim metodları və yeni pedaqoji texnalogiyalarının təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş respublika konfransının materialları. Naxçıvan, 05 may 2017, səh.112