Vəliyeva Şəfəq Eldar qızı

Baş müəllim

18.06.1968-ci ildə Naxçıvan şəhərində anadan olub. 1975-ci ildə Naxçıvan şəhər İ.Səfərli adına 1 saylı orta məktəbin I sinfinə daxil olub. 1985-ci ildə həmin məktəbi bitirib. 1986-cı ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1991-ci ildə həmin institutun “İngilis və alman dili” ixtisası üzrə tam kursu bitirib. 1991-1992-ci tədris ilində Babək rayon Şəkərabad və Hacıvar kənd orta məktəblərində İngilis dili müəllimi vəzifəsində çalışıb. 1993-cü ildən 2004-cü ilə qədər Culfa rayon dəmiryol məktəbində çalışıb. 2004-2013-cü illərdə Naxçıvan şəhər C.Naxçıvanski adına 11 saylı tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində çalışıb. 2012-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və ədəbiyyat” kafedrasında İngilis dili müəllimi işləyir. Ailəlidir, iki övladı var.

 

 Elmi- metodik məqalələr

  1. Mürəkkəb cümlənin tədrisi yolları, NMİ “Xəbərlər” N: 3, 2012
  2. Xarici dilin tədrisində tərcümənin rolu və metodları, NMİ “Xəbərlər” N: 1, 2013
  3. İdiomlar və onların məna çalarları, NMİ “Xəbərlər” N: 2, 2013
  4. Orta məktəblərin ingilis dili dərslərində səs sisteminin tədrisinə dair, NMİ “Xəbərlər” N: 3, 2014
  5. Şagirdlərin fəal həyat mövqeyi tərbiyəsinin inkişafında təlim prosesinin potensial imkanları, NMİ “Xəbərlər” N: 1,2015
  6. Dərsə verilən tələblər və pedaqoji təcrübəyə hazırlıq məsəlləri, NMİ “Xəbərlər” N: 3,2015
  7. Orta məktəbdə təkrar dərslərin və sinif çalışmalarının verilməsinə dair, NMİ “Xəbərlər” N: 1,2016
  8. Uşaqların formalaşmasında estetik tərbiyənin rolu və muğamlar estetik tərbiyənin əsas vasitəsi kimi, NMİ “Xəbərlər” N: 3,2016
  9. İbtidai siniflərdə isim və sayın əlaqəli tədrisinə dair, NMİ “Xəbərlər” N: 3,2017