Tələbələrin qeydiyyatı üzrə dövlət nümunəli sənədlərlə iş üzrə metodist

Fərzəliyeva Siddiqə Abbas qızı – Tələbələrlə iş üzrə mütəxəssis

Fərzəliyeva Siddiqə Abbas qızı 1996-cı ildə babək rayonunda anadan olmuşdur.2002-ci ildə babək rayon tam orta məktəbin 1- ci sinfinə daxil olmuş,2013-cü ildə həmin məktəbi bitirmişdir. 2013-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun bakalavr təhsil səviyyəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuş 2017-ci ildə həmin İnstitutdan məzun olmuşdur.2017-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun ali təhsil pilləsinin Magistratura səviyyəsinin Təhsildə sosial- psixoloji xidmət ixtisasına qəbul olmuşdur.2019-cu ildə magistr təhsil pilləsini başa vurmuşdur.2018-2022-ci illərdə Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışmış,2022-ci ilin oktyabr ayından Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya Kafedrasında baş laborant vəzifəsində işləmişdir.04.09.2023-cü ildən Naxçıvan Müəllimlər İnstitutunun Tədris şöbəsində Tələbə qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir.