Pedaqogika və psixologiya kafedrasının müəllimi
e-mail: sehla75.@.gmail.com
Süleymanova Şəhla Zal qızı. 28.01.1987 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2004 – cü ildə M.T.Sidqi adına 4 № – li tam orta məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olmuşdur. 2008 – ci ildə həmin institutu fərqlənmə ilə bitirmişdir. 2009 – cu ildə Naxçıvan Dövlət Universitetinin Pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2011 – ci ildə magistraturanı fərqlənmə ilə bitirmişdir. 2012 – ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Əlavə təhsil mərkəzində baş laborant kimi fəaliyyətə başlamışdır. 2014 – cü ildən isə İnstitutun Pedaqogika və psixologiya kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
Dərc olunmuş elmi əsərlər
- Magistrantların Regional Elmi Konfransının materialları № 2, 2011 “Nizami Gəncəvi əsərlərində atalar sözlərindən istifadə” səh 96
- Naxçıvan Müəllimlər İnstitutu Xəbərləri № 1, 2013 “Əxlaq tərbiyəsi haqqında Nizami deyimlərinin xalq hikməti ilə bağlılığı” səh 39
- NDU “Elmi əsərlər” № 1 (52) 2013 “ Nizami gəncəvi yaradıcılığında əmək tərbiyəsi” səh 168
- NDU “Elmi əsərlər” № 5 (61), 2014 “Nəriman Nərimanovun pedaqoji fəaliyyəti” səh 239
- NMİ “Xəbərlər” № 1, 2014 “Kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində atalar sözlərinin rolu” Sevinc Vəliyeva ilə müştərək səh 28
- Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları. Beynəlxalq elmi konfransın materialları. 2014 “Nizami Gəncəvi əsərlərində övlad tərbiyəsi haqqında fikirlərin xalq hikməti ilə bağlılığı” səh 264
- Azərbaycanda təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar. Beynəlxalq elmi konfransın materialları. 2015 “Nizami Gəncəvi əsərlərində hünər, cəsarət, mərdlik tərbiyəsi üzrə aparılan işlərin şəxsiyyətin formalaşmasına təsiri” səh 220
- “Natamam ailələrdə övlad tərbiyəsində yaranan çətinliklər” Azərbaycanda təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar. Beynəlxalq elmi konfransın materialları. 2016
- “Inkluziv təhsilin mətəblərdə tətbiqi məsələləri” Təhsil kurikulumları və praktik tətbiqlər” mözusunda keçirilmiş Respublika konfransının materialları (19 aprel 2017)