Turqay Bağırov
18 aprel 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
2003-2014-cü illərdə Əkbər Ağayev adına 8 saylı tam orta məktəbdə təhsil almışdır.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin “Riyaziyyat müəllimliyi” ixtisasına daxil olub. 2018-ci ildə həmin universiteti bitirmişdir.
2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasına qəbul olmuşdur.
2018-ci ilin oktyabr ayından başlıyaraq hərbi xidmət ilə əlaqədar akademik məzuniyyət götürmüş, 2019-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətini başa çatdırdıqdan sonra təhsilini davam etdirmiş və 2021-ci ildə magistraturanı bitirmişdir.
2020-2021-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Texniki Servis Mərkəzində mütəxəssis vəzifəsində işləmişdir.
2021-ci ilin aprel ayından Naxçıvan Müəllimlər İnstitutunda rektor köməkçisidir.