Naxçıvan Müəllimlər İnstitutunda müstəqillik gününə həsr edilən tədbir keçirilmişdir

 

Məlumdur ki, 28 may 1918-ci il tarixdə Azərbaycan Milli şurası İstiqlal Bəyənnaməsi qəbul edərək xaqlqımızın öz taleyini təyin edəcək dövlət quruluşunu və tarixi ənənələrinin yenidən dirçəlməsinə şərait yaratdı. Yaşadığı 23 ayda Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə sahib olaraq öz milli siyasətini yeritdi.

16 oktyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda müstəqillik

gününə həsr edilən tədbir keçirildi. Bu tədbir müstəqilliyimizə həsr olunan  digər tədbirlərdən fərqli olaraq iki  istiqamətdə – institutda təhsil alan Təsviri İnsəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin rəsm əsərləri və  əl işlərindən ibarət sərginin nümayişi, o cümlədən institutdaxili, fakultələrarası voleybol yarışının keçirilməsi ilə yadda qaldı.

Tədbiri İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirdi ki, bugünkü tədbirimiz əlamətdar bir günə – dövlət müstəqilliyi gününə həsr olunub. Ümummilli Lider Heydər Əliyev  demişdir ki, müstəqilliyi əldə etmək asan, onu qoruyub saxlamaq çox çətindir. Ötən əsrin əvvəlində 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyində biz bu təcrübəni yaşamışıq.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin  bərpası haqqında 30 avqust 1991-ci ildə qəbul olunan bəyannamə”  xalqımızın 90-cı illərdə apardığı mübarizənin haqlı bir mübarizə olduğu ruhunu ortaya qoymuş oldu. Ötən illərin dövlətçilik təcrübələri bugünkü inkişafımızın əsasını qoydu. Bu gün ölkəmizin hər yerində olduğu kimi dogma Naxçıvanımızda da böyük quruculuq işləri həyata keçirilir. İnstitutumuzun yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması  danılmaz bir həqiqətdir.

Bu gün tələbələrimz təkcə təhsildə deyil, müxtəlif istiqamətlərdə də öz qabiliyyətlərini ortaya qoyur. Bu möhtəşəm foyedə gördüyünüz rəsm əsərləri və əl işləri öz tələbələrimizin təqdim etdikləri əsərlərdir.

Sərgiyə baxışdan sonra müsabiqədə yer tutan Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrdən 11 nəfərinə fəxri “Diplomlar” təqdim olundu. Bunlardan III kurs tələbələri Südabə Həsənzadəni, Lamiyə Mehdiyevanə, Aytac Məmmədovanı və başqalarını göstərmək olar.

Sonra tədbir iştirakçıları idman zalında fakultələrarası voleybol yarışmasına tamaşa etdilər.

Tədbir canlı və maraqlı keçdi. İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tədbirə yekun vurdu.

dosent Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər İnstitutu