24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda magistrantların müşavirəsi keçirilmişdir.
Tədbiri İnstitutun rektoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirdi ki, bu gün institutumuzda təhsil alan magistrantlarımız sabah bizimlə çiyin-çiyinə müəllim işləməyə namizəd olan kadrlarımızdır. Ona görə də biz bunların mükəmməl bilik almalarına çalışmaqla yanaşı, elmi –tədqiqat sahəsində öz elmi fikir və düşüncələrini təqdim etməyə qabil
müəllim kimi yetişmələrinə də çalışmalıyıq. Bugünkü magistratura səviyyəsi sabahın tədqiqat prosesinin başlanğıcıdır. Eyni zamanda siz magistrantlar buradakı iki il ərzində
qabaqcıl professor və müəllimlərimizdən təkcə bilik deyil, həm də elmin zirvəsinə aparan elmi –tədqiat işlərinin yazılma qaydalarını da ciddi şəkildə öyrənməlisiniz. Çünki bu istiqamət həm də sizin doktorantura pilləsinə qədəm qoymaq üçün yolunuzu açır.
Rektor həmçinin bildirdi ki, biz İnstitutumuzda gələcəkdə Magistratura Şurasının yaradılması haqqında da fikirləşirik. Bu Şuranın
yaradılması magistrantların fəallığının və məsuliyyət hissinin artırılmasına xidmət edəcəkdir.
Sonra İnstitutun əməkdaşları dosent
Həsənəli Eyvazlı, dosent Arif Ağalarov və dosent Azad Novruzov bu tədbirin vacibliyini qeyd etməklə yanaşı öz məsləhət və tövsiyələrini də bildirdilər.
İnstitutun rektoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev görüşə yekun vurdu. Sonda magistrantlarla xatirə şəkli çəkdirildi.
Dosent Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər İnstitutu