Naxçıvan Müəllimlər İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir

yeniil

 Tədbiri giriş sözü ilə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirdi ki, bu gün dünyanın müxtəlif ölkələrində əlli miliyona yaxın Azərbaycanlı yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən xalqa ərmağan edilən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün dünya Azərbaycanlıları tərəfindən sevinclə qeyd edilir. Həmrəylik günü azərbaycanlılar bir amal uğrunda müstəqil Azərbaycanın tərəqqisi, dünyada tanıdılması və Azərbaycan xalqının multikultural dəyərlərə münasibətinə göprə nümunəvi bir ölkə olduğunu bəyan etmək üçün birləşirlər. Rektor son semestr ərzində tələbələrimizin Muxtar Respulikada təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirakına toxunaraq əldə olunan uğurların həm də özümüzə verilən bir hesabat olduğunu qeyd etdi. Sonra Elbrus İsayev Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. 

İnstitutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev İnstitut tələbələrinin bu semestr ərzində qazandığı uğurlar və tutduğu yerlər haqqında məlumat verərək bildirdi ki, tələbələrimiz 2018-ci il Naxçıvanın gənclər paytaxtı seçilməsi ilə əlaqədar, istər 10-17 noyabr 2018-ci il “Beynəlxalq Tələbə Gənclər Həftəsi” çərçivəsində, istərsədə digər intellektual oyun və yarışlarda fəal iştirak edərək aşağıdaklı yerlərə laiq görülmüşlər.

1. Naxçıvan şəhərinin 2018 ci il gənclər paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər paytaxtının ən yaxşı TGT” müsabiqəsinin “Azərbaycan gəncliyinə doğan günəş” adlı məqalə yarışmasında I yer.
2. Naxçıvan şəhərinin 2018 ci il gənclər paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər paytaxtının ən yaxşı TGT” müsabiqəsinin “təbiətsevər” yarışmasında II yer.
3. Naxçıvan şəhərinin 2018 ci il gənclər paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər paytaxtının ən yaxşı TGT” müsabiqəsinin “Vətənpərvər” qısametrajlı film yarışmasında III yer.
4. 10-17 noyabr 2018-ci il tarixlərində qeyd olunan “Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar keçirilmiş “Ailə Biznesi” simuliyasiyası oyununda I yer.
5. 10-17 noyabr 2018-ci il tarixlərində qeyd olunan “Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin idman komandaları arasında keçirilən voleybol yarışında III yer.
6. 10-17 noyabr 2018-ci il tarixlərində qeyd olunan “Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin “Şən və hazırcavablar klubları” arasında keçirilən müsabiqədə NMİ-nin “Təbəssüm” komandası III yer.
7. 10-17 noyabr 2018 ci il Tələbə Gənclər Həftəsi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştiraklarına görə NMİ tələbələri Fəxri fərmanla təltif olunublar.

8. Ali təhsil müəssisələrinin tələbələri arasında “Debat” layihəsi çərçivəsində keçirilən turnirdə I yer.
9. Nax MR Gənclər Fondu tərəfindən təşkil olunan gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Qış kubokunda” NMİ-nin “Zəfər” komandası II yer.
Sonra, institutun əməkdaşları və lələbələri Muxtar Respublikada keçirilən tədbirlərdə, eyni zamanda təhsildə qazandığı yüksək göstəricilərinə və ali məktəbin ictimai həyatında iştirakına görə “Təşəkkürnamə”, “Tərifnamə”, hədiyyələrlə mükafatlandırıldılar.

Tədbir institutun istedadlı tələbələrinin hazırladıqları musiqi nömrələri, şeir qiraəti, rəqslər və “Təbəssüm” komandasının təqdimatında gülüş səhnələri ilə yadda qaldı.