Magistratura

Naxçıvan Müəllimlər İnstitutuna qəbul olmuş magistrantlar qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədləri təqdim etməlidir!

  • Cari ilin məzunları bitirdikləri ali məktəbin tədris şöbəsindən Universiteti bitirmələri haqqında diplomu əvəz edəcək arayış;
  • Əvvəlki ilin məzunları bakalavr diplomunun və qiymət cədvəlinin əsli və surəti;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Bakalavrın imtahan nəticəsi haqqında məlumat (şəxsi kabinetinin istifadəçi adı və şəxsi kabinetinin parolunu daxil etməklə DİM-in saytından qəbul haqqında çıxarış);
  • Tərcümeyi-hal (ətraflı yazılmaqla);
  • 4 ədəd (3×4 ölçüdə) şəkil;
  • Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan MR Mərkəzi bankına ödənilməklə – 1000 AZN);
  • Vahid geyim formasının alınması haqqında qəbz: Naxçıvan Tikiş Fabriki (Şəfa xəstəxanasının yanı);
  • Qovluq və fayl.

 

Əlaqə:

Əlaqə nömrələri: (+99436) 545-87-44;  (+99451) 467-11-15

Elektron poçt: veliyeva_1979@bk.ru

Onlayn qeydiyyat üçün bu əlaqə nömrələri ilə əlaqə saxlayın!

Sənədləri göstərilən elektron poçt ünvanına göndərin!


 

TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:

 

 “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azər­bay­can Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərən­camı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respub­li­ka­sı Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
  3. Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) nota­ri­al qaydada təsdiq olunmuş surəti – 2 ədəd.
  4. Ailə tərkibi haqqında arayış

 

“AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏ­QİL­Lİ­YİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OL­MUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd;
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu­si­ya quruluşunun müdafiəsi zamanıəlil olmuşvətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti – 2 ədəd;
  4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun­da həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olun­muş surəti – 2 ədəd;
  5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi­lənşəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd.
  6. Ailə tərkibi haqqında arayış.

 

VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ  23 YAŞADƏK UŞAQLAR.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

  • valideynlərini itirmiş uşaqlar– hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
  • valideyn himayəsindən məhrum olmuş uşaqlar– hər iki valideyniməlum olmayan;
  • valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
  • xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
  • cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
  • uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
  • uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
  • qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
  • Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər– valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
  3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;
  4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK) – 2 ədəd.
  5. Ailə tərkibi haqqında arayış.

 

I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKAN­LA­RI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL­MƏ­Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİSƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixti­sas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxs­lə­rin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh­sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa­bı­na ödənilsin.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
  3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK) – 2 ədəd.
  4. Ailə tərkibi haqqında arayış.

Naxçıvan Müəllimlər İnstitutunun Sənəd Qəbulu Komissiyası