Magistratura və doktorantura şöbəsi haqqında məlumat
Naxçıvan Müəllimlər İnstitutunda 2006-cı ildə magistraturaya ilk qəbul aparılmışdır. Həmin dövrdən magistrantlara “Pedaqogika və psixologiya” kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıltac Şahbazova rəhbərlik etmişdir. Sonrakı dövrlərdə magistraturaya qəbul aparılan ixtisaslaşmaların sayı ilbəil artmağa başlamışdır. Artıq 2013-2014-cü tədris ilində 3 ixtisaslaşma üzrə 17 magistr qəbul olunmuşdur. 2016-2017-ci tədris ilində 4 ixtisaslaşma üzrə 20 magistr qəbul olunmuşdur.
2017-2018- ci tədris ilində 3 ixtisaslaşma üzrə 26 magistr qəbul olunmuşdur. 2018-2019-cu tədris ilində 3 ixtisaslaşma üzrə 35 magistr qəbul olunmuşdur.
2019-cu ildən magistraturada ixtisaslaşmaların sayı və qəbul olunan magistrantların sayı daha da artmışdır. 2019-2020-ci ildə 3 ixtisaslaşma üzrə 22 magistr qəbul olunmuşdur. 2020-2021-ci il tədris ili üçün 4 ixtisaslaşma üzrə 43 magistr qəbul olunmuşdur. Artıq 2022-2023-cü tədris ili üçün 4 ixtisaslaşma üzrə 47 magistr qəbul olunmuşdur.
31 mart 2023-cü ilin №1/25 əmrinə əsasən Magistratura və doktorantura şöbəsi olaraq fəaliyyətini davam etdirmişdir. Magistratura və doktorantura şöbəsinə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıltac Şahbazova rəhbərlik edir.
2023-2024- cü tədris ili üçün 4 ixtisaslaşma üzrə 41 magistr qəbul olunmuşdur. 2024-2025-ci il tədris ili üçün 5 ixtisaslaşma üzrə 41 magistr qəbul olunmuşdur.
Şöbə müdiri: Şahbazova Qızıltac Tarverdi qızı
E-mail: ShahbazovaGiziltaj@nmi.edu.az
Əlaqə nömrəsi: 050 338 47 32
| № | Adı və soyadı | Vəzifəsi |
| 1. | Şahbazova Qızıltac Tarverdi qızı | Şöbə müdiri |
| 2. | Abbaslı Zeynəb İlqar qızı | Mütəxəssis |
| 3. | Hüseynli Aynur Elçin qızı | Metodist |
Magistratura təhsil səviyyəsinə qəbulun nəticələri
(2024-2025-ci tədris ili üçün)
Qəbul planı: 55 nəfər
Qəbul olunmuşdur– 41 nəfər (74 %)
| Sıra
№ |
İxtisasın şifri
|
İxtisaslar üzrə ixtisaslaşmaların adı |
Qəbul planı |
Qəbul olub |
Boş qalıb |
| 1. | 060119 | Pedaqogikanın nəzəriyyəsi və tarixi | 20 | 15 | 5 |
| 2. | 060118 | Təhsildə sosial-psixoloji xidmət | 20 | 16 | 4 |
| 3. | 060114 | Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası | 5 | 2 | 3 |
| 4. | 060101 | Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası | 5 | 4 | 1 |
| 5. | 060105 | Riyaziyyatın tədrisi metodikası və metodologiyası | 5 | 4 | 1 |
| Cəmi: | 55 | 41 | 14 | ||
TƏHSİLALANLARIN İXTİSASLAR ÜZRƏ TƏRKİBİ
I kurs
| Sıra
№ |
İxtisasın şifri
|
İxtisaslar üzrə ixtisaslaşmaların adı |
Təhsil alan |
| 1. | 060119 | Pedaqogikanın nəzəriyyəsi və tarixi | 13 |
| 2. | 060118 | Təhsildə sosial-psixoloji xidmət | 16 |
| 3. | 060114 | Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası | 2 |
| 4. | 060101 | Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası | 4 |
| 5. | 060105 | Riyaziyyatın tədrisi metodikası və metodologiyası | 4 |
| Cəmi: | 39 | ||
Magistrların təhkim olunduğu kafedralar
- Riyaziyyat və informatika kafedrası- ü.e.d, prof. Məmmədov Yaqub Yaqub oğlu
- İncəsənət kafedrası – ü.f.d. Allahverdiyeva Həbibə Rəşad qızı
- Xarici dil və tədrisi metodikası – baş müəllim Hacəliyeva Sevda Tofiq qızı
- Pedaqogika və psixologiya – ü.f.d.Vəliyeva Sevinc Tofiq qızı
- Azərbaycan dili və ədəbiyyat-f.ü.f.d. Həsənəli Eyvazlı
- Humanitar və incəsənət-t.ü.f.d. Aytəkin Qəhrəmanova
Doktorantura haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura yaradılmış və 4 dekabr 2019-cu il tarixli 737/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş plana uyğun olaraq doktoranturaya ilk qəbul elan edilmşdir. Hal-hazırda 16 doktorant və 3 dissertant aşağıdakı ixtisaslar üzrə təhsil alır:
| Sıra
№ |
İxtisasın şifri |
İxtisaslar |
Doktorant |
Dissertant |
| 1. | 5801.01 | Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (qiyabi) | 8 | 2 |
| 2. | 5804.01 | Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (qiyabi) | 5 | |
| 3. | 6104.01 | Pedaqoji psixologiya (qiyabi) | 1 | 1 |
| 4. | 5803.01 | Müəllim hazırlığı və fəaliyyəti (qiyabi) | 2 | |
| Cəmi: | 16 | 3 | ||
