Aytəkin Vaqif qızı Əliyeva 02 aprel 1993-cü ildə Naxçıvan MR, Şahbuz rayon Kükü kəndində anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. 2014-cü ildə həmin universiteti bitirərək İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi almışdır. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsinin “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisasına qəbul olub və 2016-cı ildə həmin ixtisası bitirərək magistr elmi-ixtisas dərəcəsi alıb. 2021-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun 5803.01 – “Müəllim hazırlığı və fəaliyyəti” ixtisasında fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorantıdır. 10 elmi məqalə və konfrans materialının müəllifidir.
2020-ci il iyun ayında Naxçıvan Müəllimlər İnstitutunda kabinə müdiri olaraq fəaliyyətə başlamış, 2022-ci ildən Keyfiyyət təminatı və akkreditasiya üzrə baş mütəxəssis olaraq fəaliyyət göstərir. 2021-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun “Xarici dillər və tədrisi metodikası” kafedrasının 0.5 ştat müəllimidir.