16 noyabr 2018-ci il tarixində İnstitutumuzun müəllimi, Rəssamlar Birliyinin baş fond müdiri,
sənətşünas Nizami Alıyevin Naxçıvan MR Rəssamlar Birliyində 60 illik yubiley tədbiri keçirilmişdir.
Yubilyarı Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə
Həmzəyeva, Naxçıvan MR Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Xalq rəssamı Hüseynqulu Əliyev, yubilyarın yaxın dostları və rəssamlar çıxış edərək təbrik etmiş, onunla bağlı xoş xatirələri yada salaraq təbrik etmişlər.
Nizami Alıyev çıxış edərək yaradılan şərait üçün Muxtar Respublika Rəhbərliyinə öz dərin minnətdarlığını
bildirmiş, yubileyin təşkilatçılarına və dəyərli zamanlarını ayırıb gələn hər bir kəsə təşəkkür etmişdir.
Sonda yubilyara hədiyyələr və gül buketi təqdim olunmuş, yubiley tortu kəsilmişdir.