İmanov Mübariz İsmayıl oğlu 05.08.1962-ci ildə Şərur rayon Axura kəndində anadan olmuşdur. 1969-1979-cu illərdə Axura kənd tam orta məktəbini bitirmişdir.
1986-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunda “Hərbi hazırlıq və fiziki tərbiyə” ixtisası üzrə təhsil almışdır.
1990-1991-ci illərdə Şərur rayon Maxta kəndi orta məktəbində müəllim işləmişdir.
1991-1995-ci illərdə Naxçıvan Dövlət Universitetində işləmişdir. 1995-1998-ci illərdə Şərur rayon Uşaq-gənclər idman məktəbində məşqçi vəzifəsində işləmişdir.
2017-2020-ci illərdə Naxçıvan Dövlət Universitetində laborant vəzifəsində işləmişdir.
Hazırda naxçıvan Müəllimlər İnstitutunun “Ümumi fənlər” kafedrasının müəllimidir.
