Naxçıvan Müəllimlər İnstitutunda əcnəbi tələbə qəbulu üçün qoyulan tələblər:
- Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər tələbələr sırasına qəbul edilə bilərlər. Əcnəbi vətəndaşların qəbulu üçün lazım olan sənədlər:
- Rektorun adına ərizə (elekron ərizə eyni quvvəyə malikdir )
- Attestat/diplom və qiymət cədvəli/transkript (yüklənilir)
- Sağlamlıq haqqında arayış
- Pasportun əsli (yüklənilir)
- 3×4 ölçüsündə 4 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş)
- Dil sertifikatı (varsa)
- İnstituta qəbul təqdim edilmiş sənədlər, müsahibə və müsabiqə əsasında aparılır.
- Əcnəbilər üçün Naxçıvan Müəllimlər İnstitutunda təhsil ödənişlidir. Təhsilin bütün növləri üçün təhsil haqqı institut tərəfindən müəyyən olunur.
- Əcnəbilər institutda təhsil almaq üçün Azərbaycan dilindən zəruri bilik səviyyəsinə malik olmalıdırlar. Dil səviyyəsi müsahibə və ya imtahan əsasında müəyyən olunur. Lazımi dil səviyyəsi olmayanlar hazırlıq kursu keçməlidirlər.
İxtisas proqramları
Bakalavr
· Azərbaycan dili və ədəbiyyat müəllimliyi
· Biologiya müəllimliyi · Fizika müəllimliyi · İbtidai sinif müəllimliyi · Məktəbəqədər təhsil · Musiqi müəllimliyi |
· Riyaziyyat və informatika müəllimliyi
· İnformatika müəllimliyi |
· Tarix müəllimliyi |
· Xarici dil müəllimliyi (İngilis)
· Təhsildə sosial-psixoloji xidmət · Təsviri incəsənət müəllimliyi · Texnologiya müəllimliyi · Kitabxanaçılıq və informasiya fəaliyyəti |
Magistratura
- Riyaziyyat müəllimliyi
- Pedaqogika
- Təhsildə sosial-psixoloji xidmət
- Təsviri incəsənət müəllimliyi
Naxçıvan Müəllimlər İnstitutunda tədris edilən dərslərdən bəziləri:
- İngilis dili
- Fəlsəfə
- Sosiologiya
- Məntiq
- Pedaqogika
- Psixologiya
- Robotexnika və proqramlaşdırma
- Ümumi fizika
- İnformatika
- İnsan anatomiyası
- Mülki müdafiə və ilkin tibbi yardım
- Mikrobiologiya
- Etika və estetika
Əlavə olaraq təhsil aldıqları ixtisasa aid fənlər
Əcnəbi vətəndaşların almaq istədiyi təhsil səviyyəsinə müvafiq təhsil haqqı məbləğini əvvəlcədən institutun bank hesabına köçürməsi zəruridir.
Təhsil haqqı xərcləri:
Dil hazırlıq səviyyəsi -800 $ (dollar)
Bakalavr səviyyəsi-1200 $ (dollar)
Magistr səviyyəsi- 1300 $ (dollar)
Tədris aşağıdakı qaydada aparılır:
- Təhsil əyani formada aparılır. Əyani təhsilin müddəti 4 ildir.
- Dərslər seminar və mühazirə əsasında keçirilir. Mühazirələr tələbələrə müəllimlər tərəfindən öncədən verilir. Seminarlar boloniya sisteminə əsasən qiymətləndirilir.
- Bütün kurslarda semestr ərzində fənn üzrə kollekviumların üç dəfə keçirilməsi məcburidir. Kollekviumda iştirak etməyən tələbəyə sıfır yazılır.
- İmtahanlar əsasən ildə iki dəfə olmaqla yanvar və iyun aylarında yazılı formada keçirilir. İmtahan nəticələri “ A” dan “F” ə qədər qiymətləndirilir. İmtahandan kəsilən tələbə növbəti tədris ilində alt qruplarda yenidən imtahan verir.
Qəbul mərhələləri və son tarixlər:
Dil hazırlıq kursları üçün:
Bir illik normal hazırlıq (payızdönəmi)
- Müraciət 01 mayadək
- Sənədlər üzrə müsabiqə 05 may
- Müsabiqənin nəticələrinin elanı 12 may
- Qeydiyyat 13 avqust-10 sentyabr
Yarım illik intensiv hazırlıq (yazdönəmi)
- Müraciət 01 noyabradək
- Sənədlər üzrə müsabiqə 05 noyabr
- Müsabiqənin nəticələrinin elanı 12 noyabr
- Qeydiyyat 13 yanvar-10 fevral
Viza barədə məlumat
Bütün tələbələr Azərbaycana gəlmək üçün vizaya 3 ay əvvəlcədən müraciət etməlidirlər.Vizaya lazımi sənədlərin tam siyahısını əldə etmək üçün müvafiq ölkədəki Azərbaycan səfirliyinə müraciət etmək lazımdır.
Əcnəbi tələbələr Azərbaycana gəlməzdən əvvəl üç aylıq tələbə vizasına baş vurmalıdırlar. Vizanın bitməsinə bir ay qalmış siz Azərbaycan ərazisində heç bir maneə olmadan 1 il yaşaya bilmək üçün müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlisiniz. Naxçıvan Müəllimlər İnstitutunun Xarici Əlaqələr Şöbəsi sizə miqrasiya kartının alınmasında kömək edəcək.
Rektora məktub (PDF)
To: Nakhchivan Teachers Institute
Rector, Associate Professor Doctor A.S.Novruzov
Citizen of Nigeria …
Application
I hereby submit all required documents to the Institute.
I would like you to accept me as a student of Nakhchivan Teachers Institute in the year 2021-2022.
Yours Faithfully
…..
Əcnəbi tələbələrin qəbulunu aparır:
Xarici Əlaqələr Şöbəsi üzrə mütəxəssis Günay Fərəcova, gunayyferecova1995@gmail.com
Naxçıvan Müəllimlər İnstitutu maddi-texniki bazası və tədris imkanları:
Altı mərtəbəli Naxçıvan Müəllimlər İnstitutunda dörd kompüter otağı və 16 elektron lövhə olmaqla 23 adi və 20 ixtisaslaşdırılmış sinif yaradılmışdır. Müasir təhsil kompleksinə ənənəvi və elektron oxu zalları olan kitabxana, təsviri sənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat elmi, anatomiya və digərləri daxil olmaqla 15 fənn kabineti, rəsm və heykəltəraşlıq emalatxanaları daxildir. Onlar üçün təhsil resursları bütün lazımi inventarlarla təmin edilir və professor-müəllim və tələbə kollektivlərinə verilir. Müəllim və şagirdlər üçün ayrıca ictimai iaşə otaqları, tibb xidməti otağı və “Məktəb” nəşriyyatı var. Burada Azərbaycan ali təhsilində ilk dəfə olaraq müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və “Psixoloji Xidmət” laboratoriyası yaradılmışdır. Yeni tədris binasında şagird və müəllimlərin istifadəsi üçün ümumilikdə 158 fərdi kompüter, 16 noutbuk və proyektor verilmişdir. Müasir standartlara cavab verən idman zalı var.
Ünvan: Naxçıvan şəhəri
E-poçt: info@nmi.edu.az
Telefon nömrəsi: 036 545 32 02