Kadr və ümumi işlər bölməsinin müdiri

 

23 aprel 1967-ci ildə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində anadan olub. 1974-1984-cü illərdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində tam orta məktəbdə təhsil almışdır.  1984-cü ildən əmək fəaliyyətinə başlayıb. 1994-1998-ci illərdə “Naxçıvan” Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını bitirmişdir. 1994-2018-ci illər ərzində “Naxçıvan” Universitetində dəftərxana müdiri, kadrlar şöbəsinin müdiri vəzifələrində işləmişdir. 14 avqust 2018-ci il tarixdən Naxçıvan Müəllimlər İnsitutunda  Kadr və ümumi işlər bölməsinin müdiri vəzifəsində işləyir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.