Magistraturaya qəbul olunmuş bakalavrların nəzərinə!

Naxçıvan Müəllimlər İnstitutunun Magistratura təhsil səviyyəsinə qəbul olunmuş bakalavrlar 25 iyul – 31 iyul 2023-cü il tarixlərində aşağıdakı sənədlərin PDF formatında surətlərini https://portal.edu.az/ saytına daxil olmaqla, yerləşdirib qeydiyyatdan keçməlidirlər.

1. Cari ilin məzunları bitirdikləri ali məktəbin tədris şöbəsindən İnstitutu bitirmələri haqqında diplomu əvəz edəcək arayış;

2. Əvvəlki illərin məzunları bakalavr diplomunun və qiymət cədvəlinin surəti; (notarial təsdiqə ehtiyac yoxdur)

3. Şəxsiyyət vəsiqəsinin surəti ; (notarial təsdiqə ehtiyac yoxdur)

4. Bakalavrın imtahan nəticəsi haqqında məlumat ( istifadəçi adı və parol şifrəsini daxil etməklə DİM-nın saytından qəbul haqqında çıxarış);

5. Tərcümeyi-hal;

6. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan bankına ödənilməklə);

7. Təhsil haqqından azad olunanlar (məcburu köçkün və bu qəbildən olan digər vətəndaşlar) azad olunmalarını təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini də sayta yerləşdirməlidirlər.

8. Magistrantın əlaqə telefonları.