20 iyun 2025-ci il tarixində Naxçıvan Müəlimlər İnstitutunda magistr dissertasiyalarının müdafiəsi məqsədilə İxtisaslaşdırılmış Elmi Şuranın iclası keçirilib. İclasda institutun rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı, elmi rəhbərlər və kafedra əməkdaşları iştirak ediblər.
Müdafiədə Pedaqogika va psixologiya kafedrasinin
060118-Təhsildə sosial-pdixoloji xidmət ixtisasi üzrə təhsil alan
Il kurs magistrantları dissertasiya mövzuları üzrə apardıqları tədqiqatları təqdim ediblər.
Magistrantlar tədqiqatlarının məqsəd və vəzifələrini, elmi yeniliklərini və əldə etdikləri nəticələri Şura üzvlərinin diqqətinə çatdiriblar.
Müzakirələrin yekununda Ixtisaslaşdırılmış Elmi Şuranın qərarına əsasən Fətəliyeva Lalə Zakir qızına, Hüseynov Ramin Nadir oğluna, Məmmədova Aysel Əfqan qizina magistr elmi-ixtisas dərəcəsinə verilməsi təsdiq olunub.
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adindan magistr dərəcəsi alan tələbələrimizi təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində və peşəkar həyatlarinda ugurlar arzulayiriq.

