Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov pedaqoji təcrübəni uğurla başa vuran bir qrup tələbə ilə görüşüb.

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə təcrübə keçən Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Əmiraslanova Səriyyə və Qasımova Arzu təcrübədə fəal iştiraklarına görə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Elşən Məmmədov həmin tələbələrlə görüşüb, təcrübə haqqında təəssüratlarını dinləyib, uğurlu nailiyyətlərinə görə onları təbrik edib, gələcək peşə fəaliyyətlərində uğurlar diləyib.