Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımını unutma, unutdurma!” adlı anım tədbiri keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımını unutma, unutdurma!” adlı anım tədbiri keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası suverenliyi, ərazi bütövlüyü, torpaqlarının azad olunması uğrunda canlarından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə 1 dəqiqəlik sükutla başlayıb.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Tədris işləri üzrə prorektor Elşən Məmmədov giriş sözü ilə çıxış çıxış edərək 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən və əsir götürülməsindən danışıb. O, Xocalı soyqırımına siyasi qiymətin verilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, Xocalı Soyqırımının dünya səviyyəsində tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, Azərbaycandan başqa dünya ölkələri də Xocalını qətliam kimi tam və parlament səviyyəsində tanımış, ABŞ-ın 24 ştatı Xocalı faciəsini qətliam kimi sənəd qəbul etmişdir.
Elşən Məmmədov həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandırılması ilə onların qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.
Sonra institutun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Nümayiş olunan əl işləri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Tədbir dəyirmi masa formatında davam edib.
Dəyirmi masada çıxış edən institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Xocalı soyqırımı – Dünənin faciəsi, bu günün mübarizəsi” mövzusunda geniş çıxışında vurğulayıb ki, bu gün Xocalı soyqırımının tanınması və bu faciənin dünyaya çatdırılması bizim üçün bir vəzifə, məsuliyyətdir. Xocalı soyqırımı, təkcə bir faciə ilə bir şəhərin yox olması deyil, həm də bir xalqın varlığını və gələcəyini təhdid edən cinayətdir. bu günümüzün mübarizəsidir. Bizim işimiz, Xocalı qurbanlarının haqqını, səssiz qalanların səsini dünyaya çatdırmaqdır.
Ardınca Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Aygül Məmmədova “Xocalı Soyqırımı: Gələcəyin şahidləri və tarixi məsuliyyət” mövzusunda, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli “Tarixin qaranlıq səhifəsi – Xocalı soyqırımı” mövzusunda çıxış edərək Xocalı soyqırımının müxtəlif aspektlərinə toxunublar. Çıxışlarda Xocalı soyqırımının beynəlxalq aləmdə daha geniş şəkildə tanınmasının zəruriliyi, bu faciənin yalnız bir tarix hadisəsi deyil, həm də insanlığa qarşı törədilmiş böyük bir cinayət olduğu vurğulanıb.
Daha sonra tələbələrin mövzu haqqında fikirləri dinlənilib. Müzakirələrdə, institutun əməkdaşları və tələbələri Xocalı soyqırımının gələcək nəsillərə doğru şəkildə ötürülməsinin, yalnız bir tarix dərsi deyil, həm də insanlıq dərsi olaraq qiymətləndirilməsinin vacibliyini vurğulayıb, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və bu faciənin bir daha təkrarlanmaması üçün hər kəsin birgə fəaliyyət göstərməsinin zəruriliyi də qeyd edilib. Tələbələrdən Təbiət və incəsənət fakültəsinin Heydər Əliyev adına adlı təqaüdçü Zümrüd Yusifzadə, Pedaqoji fakültənin fəal tələbəsi Nəzakət Hüseynəliyeva özlərinin Xocalı Soyqırımına həsr edərək qələmə aldığı şeirləri səsləndiriblər.
-Xocalı soyqırımı qurbanlarının ruhu qarşısında ehtiramla baş əyirik.
Xocalı soyqırımı bizim yaddaşımızda, tariximizdə və mübarizəmizdə əbədi olaraq qalacaq