Magistrantlar elmi-tədqiqat təcrübəsi ilə bağlı Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında olublar.

Magistrantlar ixtisasları və tədqiqat mövzuları üzrə mövcud ədəbiyyatları araşdırmaq və təhlil etmək, elmi jurnallar, monoqrafiyalar, kitablar və digər nəşrləri toplamaq, öz tədqiqatlarını daha da zənginləşdirmək məqsədilə institutun Kitabxanasında olublar.
Magistratura və doktorantura şöbəsinin müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıltac Tarverdi qızı Şahbazova, elmi rəhbərlərdən Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Məmməd qızı Əliyeva və Kitabxananın müdiri Sara Arzu qızı Səfərova çıxış edərək təcrübənin gedişi, mərhələləri ilə bağlı akademik məsləhətlər verib, gənc tədqiqatçılara öz tövsiyyələrini çatdırıblar. Çıxışlarda bildirilib ki, magistrantlar, burada elmi rəhbərlərinin dəstəyi və kitabxana mütəxəssisləri ilə birgə öz tədqiqat mövzularında hansı resursların daha faydalı olacağı haqqında məsləhətlər ala bilər, elektron kitablar, elmi jurnallar, bazalar və digər dijital resurslarla tanış ola, məlumat bazalarında axtarış aparmaq və məlumatları toplamaq üçün köməkçi işlər görə bilərlər.
Çıxış edənlər sonda magistrantları elmi-tədqiqat təcrübəsinə başlamaları münasibətilə təbrik edib, onları maraqlandıran sualları cavablandırıblar.