Sadiqova (Əhmədli) Nuray Nəbi qızı – Tədris sənədləri ilə iş üzrə metodist

Sadiqova (Əhmədli) Nuray Nəbi qızı 3 yanvar 1992-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan şəhər M.T.Sidqi adına 4№ -li orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakultəsinin Təhsildə sosial-psixoloji xidmət  ixtisasına daxil olmuşdur. 2013-cü ildə həmin ixtisası bitirmişdir. 2013-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakultənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının magistratura səviyyəsinə daxil olmuşdur. 2015-ci ildə həmin ixtisası fərqlənmə ilə bitirmişdir. 2015-ci ilin iyul ayından Naxçıvan Müəllimlər İnstitutunda laborant, 2018-ci ilin mart ayından baş laborant, 2018-ci ilin iyul ayından isə metodist kimi çalışır.