NMİ-də 2026–2027-ci tədris ilinə başlanılıb

15 Sentyabr -yeni tədris ilinin ilk günündə Naxçıvan Müəllimlər İnstitutunda təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin səmərəli təşkili, tələbələrin elmi və peşəkar inkişafının dəstəklənməsi istiqamətində müvafiq hazırlıq işləri həyata keçirilib. Tələbələr yeni tədris ilinin başlanması münasibətilə qarşılanıb, onların tədris prosesinə uyğunlaşması və yeni tədris ilinə motivasiya olunması istiqamətində görüşlər keçirilib.
Ümumi işlər üzrə prorektor Xəyal Camalov və fakültə rəhbərliyi tələbə qruplarında iştirak edərək onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.
Tələbələrin tədris ilinə həvəslə başladıqları, onların yüksək əhval-ruhiyyəsi və fəallığı ilə müşahidə olunub.

Yeni tədris ilinin tələbələr və professor-müəllim heyətimiz üçün uğurlu və səmərəli olmasını arzulayırıq!